Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Latviya və Omanın dövlət başçılarını təbrik edib

    Məktublarda hər iki ölkənin milli bayramları təbrik olunur

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib. 

    "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

    İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

    Dövlət başçısı həmçinin Omanın Sultanı Əlahəzrət Qabus bin Səidi də təbrik edib: "Əlahəzrət, Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi