Azərbaycan Prezidenti Küveyt Dövlətinin əmirini və hökumət rəhbərini təbrik edib

Azərbaycan Prezidenti Küveyt Dövlətinin əmirini və hökumət rəhbərini təbrik edib Məktub Küveyt Dövlətinin milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
24 Fevral , 2017 18:29
Azərbaycan Prezidenti Küveyt Dövlətinin əmirini və hökumət rəhbərini təbrik edib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm".

Prezident İlham Əliyev Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabahı da təbrik edib:

"Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm."

Son xəbərlər

Orphus sistemi