Azərbaycan Prezidenti Kuba və Sudanın dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti Kuba və Sudanın dövlət başçılarını təbrik edib Məktublar hər iki ölkənin milli bayramları münasibətilə göndərilib
Xarici siyasət
30 Dekabr , 2016 18:18
Azərbaycan Prezidenti Kuba və Sudanın dövlət başçılarını təbrik edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir:  

"Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev həmçinin Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu göndərib: "Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi