Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kanadanın general-qubernatoruna Devid Constona təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab general-qubernator,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".