Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
25 May , 2019 12:34
Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi