Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti ​İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib

    Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır

    Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidenti xanım Simonetta Sommaruqaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi