Yuxarı

Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib

Məktub İspaniya Krallığının milli bayramı münasibətilə göndərilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı, əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və rifah arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi