Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".