Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib Azərbaycan Prezidenti Əfqanıstan dövlətinin başçısına möhkəm cansağlığı, işlərində uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıb
Xarici siyasət
18 Avqust , 2017 17:17
Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qaniyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlət başçısı inandığını bildirib ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Azərbaycan Prezidenti bu xoş gündə Əfqanıstan dövlətinin başçısına möhkəm cansağlığı, işlərində uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıb.

Son xəbərlər

Orphus sistemi