Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verib
Xarici siyasət
205
5 Avqust , 2019 17:24
Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Son xəbərlər