Yuxarı

Azərbaycan prezidenti Çex Respublikasının prezidentinə təbrik məktubu göndərib

“Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm”

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi