Azərbaycan Prezidenti Britaniya kraliçasını təbrik edib

Azərbaycan Prezidenti Britaniya kraliçasını təbrik edib Məktub Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
9 İyun , 2017 18:22
Azərbaycan Prezidenti Britaniya kraliçasını təbrik edib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi