Yuxarı

Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib. “Report”un xəbərinə görə, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edilib, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi