Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib - YENİLƏNİB Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
17 Mart , 2017 14:41
Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib - YENİLƏNİB
Azertag.az

*** 13:17

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi