Azərbaycan Prezidenti BƏƏ və Laos prezidentlərinə təbrik məktubları göndərib

Azərbaycan Prezidenti BƏƏ və Laos prezidentlərinə təbrik məktubları göndərib Prezident İlham Əliyev Dubay əmirini də təbrik edib
Xarici siyasət
1 Dekabr , 2014 19:15
Azərbaycan Prezidenti BƏƏ və Laos prezidentlərinə təbrik məktubları göndərib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu göndərib. Təbrikdə deyilir: 

"Əlahəzrət, Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza daim sülh və rifah diləyirəm".

Eyni zamanda Azərbaycan Prezidenti Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə də təbrik məktubu göndərib. Təbrikdə deyilir: 

"Hörmətli cənab prezident, Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi