Yuxarı

Azərbaycan Prezidenti BƏƏ-nin Birgə Hökumətlərarası Komissiyasının həmsədrini qəbul edib

Azərbaycanla BƏƏ arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un məlumatına görə, nazir Sultan Bin Səid Əl Mansuri Azərbaycana səfərindən ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izlənildiyini deyib. Sultan Bin Səid Əl Mansuri iki ölkə arasında iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib.

Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd edib. Ölkədə yeni inkişaf layihələrinin uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkədə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi