Yuxarı

Azərbaycan Prezidenti Avropa Komissiyasının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident Azərbaycanla Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanla enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını deyib.

Maroş Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edən dövlət başçısı İlham Əliyev qısa müddət sonra onun Azərbaycana səfər etməsini əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib. Enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirib. Avropa Komissiyasının və Avropa İttifaqı Şurası prezidentlərinin Azərbaycana səfərlərinə toxunan dövlət başçısı əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli səfərlərin önəmini qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğulayıb. Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən Prezident İlham Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi