Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini
"Report" xəbər verir ki, bu barədə N.Məmmədov öz "twitter" səhifəsində yazıb:
"Çox maraqlıdır, siyasətdə istifadə olunan üsullar idmanda da asanlıqla tətbiq olunmağa başlayıb. Gizli səsvermə olduğuna görə, görünür, səslər yalnız Blatterə verilməyib. Bu ABŞ və Avropaya etirazdır".
Qeyd edək ki, dünən FİFA-nın hazırkı prezidenti Yozef Blatter təşkilat daxilində böyük korrupsiya qalmaqalı fonunda yenidən bu vəzifəyə seçilib.