Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Albaniya və Mavritaniya prezidentlərinə təbrik məktubu göndərib

    Prezident İlham Əliyev hər iki ölkənin dövlət başçısı və xalqını Müstəqillik günü münasibətilə təbrik edib

    Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Hörmətli cənab prezident, Albaniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram".

    Dövlət başçısı İlham Əliyev həmçinin Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizə də təbrik məktubu göndərib. Təbrikdə deyilir: 

    "Hörmətli cənab prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi