Azərbaycan ​Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan ​Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib Söhbət zamanı Azərbaycan - ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
19 Fevral , 2015 13:41
Azərbaycan ​Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib. “Report” xəbər verir ki, səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib.

Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olunub. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Səfir Robert Sekutanın ölkədəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan - ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi