Azərbaycan Prezidenti ABŞ-ın “Export-Import” Bankının sədri və prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti ABŞ-ın “Export-Import” Bankının sədri və prezidenti ilə görüşüb Görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
31 Mart , 2016 20:01
Azərbaycan Prezidenti ABŞ-ın “Export-Import” Bankının sədri və prezidenti ilə görüşüb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “Export-Import” Bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı Azərbaycanda yeni islahatlar proqramının həyata keçirildiyi, bunun biznes sahəsində fəaliyyət üçün yaxşı imkan yaratdığı bildirilib. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi