Bakı. 16 may. REPORT.AZ/ Vyanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətindəki diplomatik mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
Görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ münaqişəsi üzrə iclası öncəsi baş tutacaq.
"O, Minsk qrupu iclası öncəsi ABŞ-ın dövlət katibi ilə görüşəcək", — deyə agentliyin həmsöhbəti bildirib.
Bundan öncə İlham Əliyev Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.