Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə həsr edilən kitabın təqdimatı olub

Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə həsr edilən kitabın təqdimatı olub Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilən Pakistan-Azərbaycan kitabının təqdimat mərasimi keçirilib.
Xarici siyasət
9 Mart , 2023 16:17
Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə həsr edilən kitabın təqdimatı olub

Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilən Pakistan-Azərbaycan kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat Azərbaycan Dillər Universitetində (ADU) olub.

Mərasimdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, ADU-nun tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla çıxış edib: "Kitabda Azərbaycan və qardaş Pakistanın bu illər ərzindəki qarşılıqlı səfərlər, birgə təşkil edilən tədbirlər, diplomatik görüşlər öz əksini tapıb. İngilis dilində nəşr edilən kitabda 30 il ərzində baş verən görüşlər fotolarla təqdim olunub".

Son xəbərlər

Orphus sistemi