Azərbaycan Özbəkistanla imzalanmış dörd Sazişi təsdiqləyib

Azərbaycan Özbəkistanla imzalanmış dörd Sazişi təsdiqləyib “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
Xarici siyasət
10 oktyabr 2022 13:50
Azərbaycan Özbəkistanla imzalanmış dörd Sazişi təsdiqləyib

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.

Habelə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib..

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi