Baş nazirin müavini Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Baş nazirin müavini Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
29 May , 2015 18:45
Baş nazirin müavini Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 29 may. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.

YAP-dan "Report"a verilən məlumata görə, görüşdə Ə.Əhmədov hakim partiyanın Aİ ölkələrinin siyasi partiyaları ilə əlaqələrindən, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqdan bəhs edib. YAP-ın qarşıdan gələn parlament seçkilərinə hazırlığı prosesi barədə məlumat verən Ə.Əhmədov ölkənin və partiyanın qarşısında dayanan prioritet sahələrə toxunaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini qonaqların diqqətinə çatdırıb.

Öz növbəsində, Malena Mard Avropa İttifaqının müxtəlif sahələr üzrə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Toralf Pioz iştirak edib.

Son xəbərlər

Orphus sistemi