Azərbaycan nümayəndələri Yaponiyada “Ekspo-2025” ilə bağlı beynəlxalq planlaşdırma görüşündə iştirak edir

Azərbaycan nümayəndələri Yaponiyada “Ekspo-2025” ilə bağlı beynəlxalq planlaşdırma görüşündə iştirak edir Azərbaycan nümayəndə heyəti Yaponiyanın Osaka şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisi ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə keçirilən beynəlxalq planlaşdırma görüşündə iştirak edir.
Xarici siyasət
25 Oktyabr , 2022 13:13
Azərbaycan nümayəndələri Yaponiyada “Ekspo-2025” ilə bağlı beynəlxalq planlaşdırma görüşündə iştirak edir

Azərbaycan nümayəndə heyəti Yaponiyanın Osaka şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisi ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə keçirilən beynəlxalq planlaşdırma görüşündə iştirak edir.

"Report"un xəbərinə görə, toplantıda Azərbaycanı Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə təmsil edir.

Tədbirin məqsədi dövlətlərə və beynəlxalq təşkilatlara sərgi ilə bağlı məlumatlar təqdim etməkdir. Görüşdə pavilyonların qurulması, sərginin hazırlanması ilə bağlı bütün mərhələlər və detallar haqqında məlumat verilir. Bu məlumatlar sərgiyə hazırlıqların daha da sürətləndirilməsi üçün hər bir ölkənin “Ekspo-2025” haqqında təsəvvürünü dərinləşdirməyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi