Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Bir arzumuz var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin”

Xarici siyasət
  • 14 aprel, 2023
  • 07:24
Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Bir arzumuz var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin”
Əhliman Əmiraslanov

“Bizim nümayəndə heyətinin bir arzusu var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan parlamentinin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İzmirdəki təşkilatında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin hakim partiyaları arasında sıx əlaqələr mövcuddur:

“Bura səfərimizin məqsədlərindən biri də zəlzələdə həyatını itirənlərə başsağlığı vermək, yaralananlara şəfalar diləməkdir. Azərbaycan dövləti bu təbii fəlakət baş verən dəqiqələrdən etibarən qardaşlarımızın yanında oldu”.

Ə.Əmiraslanov qeyd edib ki, Türkiyə demokratik bir ölkədir:

“Burada seçkilərin taleyini xalq həll edir. Bizim nümayəndə heyətinin bir arzusu var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin. Əminəm ki, bu seçkilər bütün türk dünyası üçün uğurlu və xeyirli olacaq”.