Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı İrana gedib

    İranın Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib

    Bakı 25 yanvar. REPORT.AZ/ İranın Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib. 

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər.

    Məlumata görə, dünyanın 51 ölkəsindən 250-dən çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirak etdiyi mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib.

    Qeyd edək ki, “İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə ISESCO-nun təklifi ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilib. Bu sənədə əsasən, İslam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi