Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndə heyəti Haşimi Rəfsancanının yas mərasimində iştirak ediblər

    Nümayəndə heyəti başsağlığı verib

    Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Haşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə olublar.

    "Report"un xəbərinə görə, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə məlumat yayıb.

    Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinini tərkibində deputatlar İsa Həbibbəyli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələməov, Nəriman Əliev və Aydın Mirzəzadə, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev olublar.

    Nümayəndə heyəti İranın Ali Rəhbəri Əli Hüseyni Xomeninin təşkil etdiyi dövlət yas mərasimində iştirak ediblər və başsağlığı veriblər.

    Həmçinin səfər çərçivəsində Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və Azərbaycan dövlətinin başsağlığını İran dövlətinə çatdırıb.

    Azərbaycan nümayəndə heyəti İran İslam Respublikası İslam Məsləhət Şurasının (parlament) də iclasında iştirak ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi