​Azərbaycan nümayəndə heyəti ATƏT PA-da daha bir uğura imza atıb

​Azərbaycan nümayəndə heyəti ATƏT PA-da daha bir uğura imza atıb Nümayəndə heyəti komitənin yekun sənədinə istismar müddəti başa çatmış AES-lərin bağlanması ilə bağlı müddəanın salınmasına nail olub
Xarici siyasət
3 İyul , 2016 18:37
​Azərbaycan nümayəndə heyəti ATƏT PA-da daha bir uğura imza atıb

Tbilisi. 3 iyul. REPORT.AZ/ İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT PA-nın 25-ci sessiyası çərçivəsində qurumun İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin iclası keçirilib. “Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin üzvləri komitənin yekun sənədinə istismar müddəti başa çatmış atom elektrik stansiyalarının bağlanması ilə bağlı müddəanın salınmasına nail olublar.

Bu barədə jurnalistlərə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə məlumat verib.

O, bildirib ki, iclasda ATƏT regionunda iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və texnoloji proseslər, ətraf mühitin mühafizəsi, transsərhəd su hövzələrindən istifadə, həmçinin Çernobıl hadisəsi ilə bağlı məsələlər, eləcə də komitənin yekun sənədinin layihəsi müzakirə edilib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edib, yekun sənədə Azərbaycanın maraqlarına cavab verən əlavələrin edilməsinə nail olublar.

Kamran Nəbizadə deyib: “Biz köhnə avadanlıqla təchiz olunmuş və yüksək seysmik aktivliyi olan zonalarda yerləşən atom elektrik stansiyaların potensial təhlükə və fəlakət yaradacağını və onların istismarının dayandırılmasını təklif etdik. Qeyd etdim ki, bu stansiyaların istismar müddəti başa çatıb. Onların fəaliyyəti gələcəkdə radiasiya qəzalarına və nüvə fəlakətinə səbəb ola bilər”.

K. Nəbizadə həmçinin bu cür stansiyaların istismarının dayandırılması ilə bağlı əsas sənədə əlavənin olunmasını təklif edib. Almaniyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Doris Barnet də Azərbaycanın mövqeyini dəstəkləyib.

Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin təklifinə qarşı çıxış edib, tədbir iştirakçılarını bu düzəlişin əleyhnə səs verməyə çağırıb. Amma buna baxmayaraq komitənin üzvləri yekdilliklə Azərbaycan tərəfinin düzəlişinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi