Azərbaycan nümayəndə heyəti ATƏT PA-da britaniyalı deputatın qərəzli çıxışına cavab verib

Azərbaycan nümayəndə heyəti ATƏT PA-da britaniyalı deputatın qərəzli çıxışına cavab verib Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın sessiyasında Böyük Britaniya nümayəndə heyəti rəhbərinin Azərbaycan əleyhinə çıxışına cavab verib.
Xarici siyasət
23 Fevral , 2024 16:15
Azərbaycan nümayəndə heyəti ATƏT PA-da britaniyalı deputatın qərəzli çıxışına cavab verib

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasında Böyük Britaniya nümayəndə heyətinin rəhbəri Con Vittingdeylin (John Whittingdale) ölkəmiz əleyhinə çıxışına cavab verib.

“Report” xəbər verir ki, nümayəndə heyətinin üzvü Tahir Mirkişili britaniyalı deputatın qərəzli çıxışını eşitməkdən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, 20 faiz ərazisini itirmiş Ukrayna ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanın eyni tərəziyə qoyulması heç bir məntiqə sığmır: "Biz bu mövqeyi rədd edirik”.

“Böyük Britaniya nümayəndə heyətinin bəyanatına cavab olaraq bildirmək istəyirəm ki, son beş ayda hökm sürən sabitliyin ardından Ermənistan silahlı qüvvələrinin hərbçisi tərəfindən snayper atəşi açılıb və Azərbaycan sərhədçisi yaralanıb. Ancaq Azərbaycan bu hərbi təhlükəyə qarşı lokal cavab verib”,- T.Mirkişili deyib.

O, Böyük Britaniya nümayəndə heyətini işğalçı dövlət Ermənistan ilə 30 il ərzində işğala məruz qalmış Azərbaycan arasında fərq qoymağa çağırıb: “Bu cür bəyanat Ermənistanın təcavüzü və Azərbaycanın aradan qaldırmağa çalışdığı nəticələri barəsindəki reallıqları dəyişməyəcək. Çoxmillətli və çoxkonfessiyalı ölkə kimi Azərbaycan həm də sivilizasiyalararası dialoqa və müxtəlif dinlərə malik insanlar arasında dinc, həmçinin birgəyaşayışa öz töhfəsini verir”.

T.Mirkişili vurğulayıb ki, Azərbaycan birgəyaşayış və müxtəlifliyin təşviqi sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.

Qeyd edək ki, Böyük Britaniya nümayəndə heyətinin rəhbəri Con Vittingdeyl ATƏT PA-nın sessiyasında çıxışı zamanı qərəzli ittihamlar irəli sürüb. O bildirib ki, Ermənistanı Ukrayna kimi dəstəkləməyə çağırış edib. Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribata cavab olaraq Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində məhv edilən 4 erməni hərbçinin ölümünü bu ölkəyə hücum kimi qələmə verməyə çalışıb

Son xəbərlər

Orphus sistemi