Paris. 9 yanvar. REPORT.AZ/ “Azərbaycan müsəlman ölkəsi kimi müsəlmanların adından, dünyəviliyi ilə qərbin adından danışmaq imkanına malikdir”.
Bunu Fransa
Kərim İfrak bildirib ki, bu gün müsəlman aləmində beynəlxalq əlaqələrin mütasiyası dövrü başlayıb və müsəlman aləmindəki bu yeni dəyişikliklər, təəccüblü də olsa, Rusiya Federasiyası tərəfindən dəstəklənir: “Hazırda dindən diplomatik vasitə kimi istifadə edilməsi tamamilə yeni bir hadisədir ki, gələcəkdə beynəlxlaq geo-siyasətə, o cümlədən beynəlxalq münasibətlərə təsir edəcəyi ehtimalı olduqca yüksəkdir. Məsələn, Rusiya artıq anlayıb ki, dini uzaqlaşdırmaq, din faktorunu inkar etmək səhv seçimdir və beləliklə, din faktorunu dövlət siyasətinə daxil edərək din diplomatiyasına üz tutub”.
O qeyd edib ki, diplomatiyanın hər hansı missiyanı həyata keçirməkdə çətinlik çəkdiyi sahələrdə din diplomatiyası uğur əldə edə bilər: “Azərbaycan müsəlman, eyni zamanda dünyəvi bir dövlət olaraq bu sahədə artıq bu gün kifayət qədər təcrübəyə malikdir. Azərbaycan müsəlman ölkəsi kimi müsəlmanların adından, dünyəviliyi ilə qərbin adından danışmaq imkanına malikdir”.
Kərim İfrak bildirib ki, soyuq müharibə vaxtı Rusiyanın məğlub olmasının səbəblərindən biri dini uzaqlaşdırması olub: “Digər ölkələrlə münaqişədə olan Rusiya müsəlman dininə qarşı çıxdığından tamamilə təklənmişdi. Beləliklə, uduzmasında bu siyasətin də müəyyən qədər rolu olduğunu anlayan Rusiya bu gün xristian dini ilə yanaşı, beynəlxalq görüşlər, toplantılar və digər səviyyələrdə din diplomatiyasını həyata keçirməyə başlayıb. Bu gün Rusiya Federasiyasının Şeyxulislamı İran kimi böyük dövlətlə konvensiya imzalamaq qədər aktiv bir faəliyyətə malikdir: “Rusiya son illər Avropanın müxtəlif ölkələrində, habelə, Böyük Britaniya, İtaliyada bu yaxınlarda isə Parisdə müsəlmanları bir araya gətirən toplantılar keçirib. Gələn il Avropa müsəlmanlarının forumunun Berlində keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, Rusiya Avropaya ənənəvi diplomatiyası ilə yanaşı, çoxluq təşkil edən musəlmanların sayəsində daxil olmaq niyyətindədir. Fransada keçirilən Avropa Müsəlmanlarının Forumunda Avropada 170 milyon müsəlmanın yaşadığı səsləndirildi. Bu, çox böyük göstəricidir. Avropada yaşayan müsəlmanlar çox böyük qüvvədir və bu gün biz böyük yollara aparan körpülərin tikilməsi mərhələsini addımlayırıq”.