Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyovo” hava limanından Bakıya yola salınıb.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.
“Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik” - deyə, səfirliyin məlumatında qeyd olunub.