Azərbaycan Milli Məclisinin sədri Çexiya prezidenti ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Çexiya prezidenti ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə söhbətlər aparılıb
Xarici siyasət
5 Dekabr , 2014 19:29
Azərbaycan Milli Məclisinin sədri Çexiya prezidenti ilə görüşüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Çexiya prezidenti Miloş Zemanla görüşüb. 

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanların bu sahəyə verdiyi töhfələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə qeyd olunub ki, ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər münasibətlərin daha da genişlənməsinə təkan verir.

M.Zeman xüsusi qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır. 

Elə həmin gün Azərbaycan nümayəndə heyəti Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Millət vəkilləri bu ölkənin qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olaraq, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Milli Məclisin sədri Oqtay Əsədov Deputatlar Palatasının sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin hazırki səviyyəsi, gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə söhbətlər aparılıb.

Səfər çərçivəsində keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şərifov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi