Məlumatda qeyd olunub ki, büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT PA-nın keçirəcəyi gələcək tədbirlər və başqa mövzularda fikir mübadiləsi aparılacaq. A.Quliyev səfər müddətində ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
Bundan əlavə, Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək. Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılacaq. S.Qafarova səfər çərçivəsində Londonda “Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda keçiriləcək seminarda da iştirak edəcək. Deputatın səfəri dekabrın 10-da başa çatacaq.