Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov və Etibar Hüseynov Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 18-dən 22-dək Daşkənddə səfərdə olacaqlar.
MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, azərbaycanlı deputatlar Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.