Yuxarı

​Azərbaycan növbəti dəfə Fransadakı Milad yarmarkasında təmsil olunur

Əsas məqsəd ölkəmizin qədim tarixini şəhərin qonaqlarına tanıtmaqdır

Bakı. 17 dekabr. REPORT.AZ/ Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə Milad bayramı ərəfəsində Fransanın paytaxtında keçirilən ənənəvi yarmarkada təmsil olunur.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan evi“nin sədri Mirvari Fətəliyeva belə mühüm tədbirdə Azərbaycanın təmsil olunması ilə bağlı müsahibəsində bildirib ki, bu yarmarka fransızların daha çox xoşladıqları mərasimlərdən biridir.

Azərbaycan artıq ikinci ildir ki, bu yarmarkada təmsil olunur. Əsas məqsəd ölkəmizin qədim tarixini, zəngin mədəni dəyələrini parislilərə və şəhərin qonaqlarına tanıtmaqdır. Parisin mərkəzindəki Can-Jermən de Pre meydanında təşkil olunan yarmarkada Azərbaycan guşəsinin təşkilinə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Dostları Assosiasiyası dəstək veriblər.

Keçən il olduğu kimi, bu il də Azərbaycan guşəsi öz zənginliyi ilə diqqəti cəlb edir.Burada Azərbaycan ilə maraqlananlara ölkəmizin tarixinə, mədəniyyətinə, turizm imkanlarına, təbiətinə, zəngin mətbəx nümunələrinə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dair kitablar və broşürlər, milli musiqi nümunələrinin toplandığı disklər təqdim edilir. Eyni zamanda, onlara Azərbaycanda istehsal olunan kəlağayılar, kiçik həcmli xalçalar, milli şirniyyatlar və s. təqdim olunur.

Qeyd edək ki, yarmarka 2015-ci il fevralın 4-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi