Azərbaycan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

Azərbaycan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib Müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru ilə görüşüb
Xarici siyasət
29 Sentyabr , 2017 15:18
Azərbaycan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Niderland Krallığındakı və eyni zamanda Kimyəvi Silahların Qadağan olunması Təşkilatındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev mənzil qərargahı Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru Ahmet Üzümçü ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə A.Üzümçü Azərbaycanın 2017-2019-cu illər üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilməsi münasibəti ilə təbrik edib. 

O, bu hadisəni Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.

C.Mirzəyev isə bildirib ki, 2013-cü ildə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Nobel mükafatına layiq görülməsi, bu təşkilatın dünyada sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin əyani göstəricisidir və bu işdə A.Üzümçünün rolu danılmazdır.

Həmçinin Yaxın Şərqdə vəziyyət və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının bü xüsusda oynadığı rol və habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə azərbaycanlı mütəxəssislərin Kimyəvi Silahların Qadağan olunması Təşkilatında təmsil olunması məsələsi ilə bağlı müvafiq addımların atılması ilə bağlı razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi