Azərbaycan - İsveçrə Hökumətlərarası Komissiyasının iclası gələn il keçiriləcək

Azərbaycan - İsveçrə Hökumətlərarası Komissiyasının iclası gələn il keçiriləcək "Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası 2022-ci ildə keçiriləcək.
Xarici siyasət
13 Dekabr , 2021 11:42
Azərbaycan - İsveçrə Hökumətlərarası Komissiyasının iclası gələn il keçiriləcək

"Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası 2022-ci ildə keçiriləcək.

“Report” xəbər verir ki, bunu İsveçrənin Azərbaycan və Türkmənistandakı səfiri Muriel Peneveyre ölkəsinin Cənubi Qafqaz üçün yeni əməkdaşlıq proqramına həsr olunan mətbuat konfransında bildirib.

İki ölkə arasında bir çox sahədə səmərəli əməkdaşlığın olduğunu deyən səfir daha çox ticarət və sərmayə, həmçinin turizm sahələrində əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

Diplomat təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, Azərbaycan üçün əlverişli təqaüd proqramları təqdim etdiklərini vurğulayıb.

M.Peneveyre xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi