Azərbaycan İsrailə başsağlığı verib

Azərbaycan İsrailə başsağlığı verib Azərbaycanın Xarici İşlər Nazirliyi İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.
Xarici siyasət
27 Yanvar , 2023 23:37
Azərbaycan İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

"Report"un xəbərinə görə, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi