Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il martın 11-də Bakıda imzalanmış sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.
Prezident, həmçinin, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, 2015-ci il martın 11-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan
Xarici İşlər Nazirliyinə bu sənəddə göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat verilməsi tapşırılıb.