Azərbaycan İstanbulda İƏT-in komitə iclasında təmsil olunur

Azərbaycan İstanbulda İƏT-in komitə iclasında təmsil olunur İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin (İSEDAK) 35-ci iclası öz işinə başlayıb.
Xarici siyasət
27 Noyabr , 2019 18:58
Azərbaycan İstanbulda İƏT-in komitə iclasında təmsil olunur

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin (İSEDAK) 35-ci iclası öz işinə başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə 56 ölkədən nazir və nazir müavinləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Azərbaycan isə mərasimdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Tədbir “İslam ölkələrində qida təhlükəsizliyi və davamlı qida sistemlərinin təşviqi” mövzusuna həsr olunub.  

İclas "Quranı Kərim"dən duaların oxunması ilə işinə başlayıb. Əvvəlcə İƏT-in 50 illiyi ilə bağlı film izlənilib, müsəlman coğrafiyasında baş verən hadisələrə operativ şəkildə müdaxilə edən təşkilatın geridə buraxdığı illər ərzində İslam dünyasının səsi olduğu vurğulanıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantını açaraq Albaniyada baş vermiş zəlzələ barədə danışıb: "İslam ölkələri olaraq hər birimizin borcu bu gün Albaniyanın yanında olmaqdır. Bu, qardaşlıq birliyinin nümayişidir. Qərbdə İslam düşmənçiliyi gedir. Bölgədə müharibə və yoxsulluqla üzləşən ölkələrin böyük əksəriyyəti İslam dövlətləridir. Coğrafiyamıza baxdıqda hər tərəfdə müharibələrlə üzləşirik. Qida aclığının olduğu 54 ölkədən 28-i məhz İslam ölkəsidir. Təəssüf ki, müsəlman qanı və canı qədər ucuz bir şey yoxdur. Yəməndə aclıqdan ölən insanların taleyi bir neçə beynəlxalq təşkilatdan başqa heç kimi narahat etmir. Qəzzada öldürülən uşaqların səsi heç bir yerdə duyulmur. Dünya BMT-nin 5 daimi üzvünün əlindədir. İslam aləminin öz gələcəyi, istiqbalı üçün qərar almaq haqqı yoxdur”.

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin ev sahibliyi Türkiyədən Səudiyyə Ərəbistanına keçib.

Qeyd edək ki, noyabrın 25-dən 28-dək davam edəcək toplantıda komitənin layihələrinin maliyyələşdirilməsi, layihə rəhbərlərinin təcrübələri, monitorinq sisteminin işə salınması, eləcə də nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələri üzrə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən Azərbaycanda İslam Əməkdaşlığı Əmək Mərkəzinin yaradılması məsələsi də müzakirə ediləcək. Toplantı çərçivəsində müəyyən layihələrin qəbul edilməsi gözlənilir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi