Səfir Almaniyada Azərbaycan həqiqətləri haqqında danışıb

Səfir Almaniyada Azərbaycan həqiqətləri haqqında danışıb Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan həqiqətləri haqqında danışıb.
Xarici siyasət
28 Mart , 2023 09:51
Səfir Almaniyada Azərbaycan həqiqətləri haqqında danışıb

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmizin həqiqətləri haqqında danışıb.

Bu barədə "Report"a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Belə ki, Almaniyanın nüfuzlu TV Berlin kanalı səfir Nəsimi Ağayevdən müsahibə götürüb. Müsahibə sözügedən telekanalın "Diplo International" proqramında yayımlanıb. Proqramın aparıcısı tanınmış jurnalist Evald Köniqdir.

N. Ağayev Azərbaycanın yerləşdiyi region, qonşuları, tarixi İpək Yolunun üzərində mövqe alması barədə ətraflı məlumat verib. Bildirib ki, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına öz təsirini göstərib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinə və etnik mənsubiyyətə mənsub insanlar, o cümlədən xristianlar, yəhudilər dinc və mehriban şəraitdə yaşayır, habelə öz dini ibadətlərini sərbəst şəkildə icra edə bilir.

Azərbaycanın müstəqilliyin ilk illərində ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyini və Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını ifadə edən səfir, bu çətinliklərə baxmayaraq ölkənin son 30 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçərək, Güney Qafqazın ən güclü dövlətinə çevrildiyini söyləyib. Çətin regionda yerləşməsinə baxmayaraq Azərbaycanın öz qonşuları ilə məhsuldar münasibətlər yarada bildiyini vurğulayan səfir N. Ağayev diplomatiyamızın əsas hədəfinin müstəqilliyin daha da güclənməsi, bütün dövlətlərlə ərazi bütovlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında münasibətlərin qurulmasından ibarət olduğunu bildirib.

N. Ağayev Ermənistanın hərbi təcavüzü və işğal etdiyi ərazilərdə törətdiyi dəhşətli dağıntı və apardığı etnik təmizləmə siyasəti, ərazilərin minalanması, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesi, habelə Azərbaycanın Avropanın enerji təhükəsizliyinin təmin edilməsindəki rolu və s. barədə kanal izləyicilərini ətraflı şəkildə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi