Azərbaycan Gürcüstanla parlamentlərarası əlaqələri dərinləşdirəcək

Azərbaycan Gürcüstanla parlamentlərarası əlaqələri dərinləşdirəcək Gürcüstan parlamentinin sədr müavini Kaxa Kuçava Faiq Quliyevlə görüşüb
Xarici siyasət
10 Mart , 2021 19:05
Azərbaycan Gürcüstanla parlamentlərarası əlaqələri dərinləşdirəcək

Gürcüstan parlamentinin sədr müavini Kaxa Kuçava Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini nəzərdən keçiriblər.

Görüşün əsas mövzusu parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və dostluq qrupları formatında qarşılıqlı səfərlər olub.

K.Kuçava və F.Quliyev həmçinin Cənubi Qafqazdakı hazırkı proseslər, iqtisadi-ticari məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Gürcüstan regionda əsas iqtisadi tərəfdaşı olan Azərbaycanla gələcək illərdə qarşılıqlı ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlıdır.

Görüşdən sonra vitse-spiker F.Quliyevlə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirib: “Azərbaycan səfiri qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinə hazırlığını ifadə edib”.

Son xəbərlər

Orphus sistemi