Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Qars Bəyannaməsi imzalayıblar

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Qars Bəyannaməsi imzalayıblar Nazirlərin növbəti görüşü Gürcüstanda keçiriləcək
Xarici siyasət
10 Dekabr , 2014 16:05
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Qars Bəyannaməsi imzalayıblar

Bakı. 10 dekabr. REPORT.AZ/  Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin dekabrın 10-da Qars şəhərində keçirilən üçtərəfli iclası çərçivəsində xarici işlər nazirləri tərəfindən Qars Bəyannaməsi imzalanıb. "Report"un məlumatına görə, növbəti görüş Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, bu gün Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin iştirakı ilə dördüncü iclas keçirilib. Görüş çərçivəsində tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

E.Məmmədyarov iclas çərçivəsində türkiyəli və gürcüstanlı həmkarları ilə ayrıca görüşlər də keçirib.

Son xəbərlər

Orphus sistemi