Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə məsləhətləşmələr keçirilib

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə məsləhətləşmələr keçirilib Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb
Xarici siyasət
19 Aprel , 2017 16:37
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə məsləhətləşmələr keçirilib
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib. Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.

Son xəbərlər

Orphus sistemi