Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib

Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib "Azərbaycan və Ermənistan arasında sülh istiqamətində işlər davam etdirir. Müsbət istiqamətdə irəlləyişlər əldə edilib. Bunu delimatiya və demorkasiya prossesinun başa çatdırılması haqda sənədin imzalanmasını deyə bilərik. Delimitasiya komissiyalar arasın
Xarici siyasət
27 İyun , 2024 14:12
Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib

Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.

"Report"un yerli bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Son xəbərlər

Orphus sistemi