Azərbaycan Ədliyyə Akademiyasının hakimi olmağa namizədlər Türkiyədə kurs keçəcək

Azərbaycan Ədliyyə Akademiyasının hakimi olmağa namizədlər Türkiyədə kurs keçəcək 125 namizəd may ayında Ankaraya yollanacaq
Xarici siyasət
2 May , 2017 13:39
Azərbaycan Ədliyyə Akademiyasının hakimi olmağa namizədlər Türkiyədə kurs keçəcək

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Ədliyyə Akademiyasının hakimi olmağa namizədlər Türkiyədə kurs keçəcək.

"Report" xəbər verir ki, bununla əlaqədar Akademiyada tədbir keçirilib.

Tədbirdə ali təhsil müəssisəsinin prorektoru Elçin Xəlilov may ayında 125 namizədin 10 gün müddətinə Ankaraya yollanacağını məlumat verib.

"Sentyabr ayında daha 62 nəfər Türkiyə Ədliyyə Akademiyasının kurslarda iştirak edəcək. Kurslar zamanı onlar beynəlxalq təcrübə ilə tanış olacaqlar", - prorektor bildirib.

Öz növbəsində, TİKA layihələrinin Azərbaycandakı koordinatoru Adəm Urfa təşkilatın bu sahədə Azərbaycanda həyata keçirdiyi əvvəlki layihələri haqqında məlumat verib və bu layihənin Azərbaycana fayda verəcəyinə ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan və Türkiyənin bir-biri üçün əhəmiyyətli ölkə olduqlarını qeyd edib: "Burada özümüzü evdəki kimi hiss edirik və ümid edirik ki, siz də Ankarada özünüzü belə hiss edəcəksiniz".

Son xəbərlər

Orphus sistemi