Azərbaycan-Çad münasibətləri və yeni əməkdaşlıq imkanları müzakirə edilib

Xarici siyasət
  • 13 may, 2025
  • 17:33
Azərbaycan-Çad münasibətləri və yeni əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Çadın Türkiyədəki səfiri Adam Danqai Nokour Queti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə səfirlik "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan-Çad münasibətlərinin hazırkı vəziyyəti və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.