Azərbaycan birinci Xəzər İqtisadi Forumu üzrə brifinqdə iştirak edib

Azərbaycan birinci Xəzər İqtisadi Forumu üzrə brifinqdə iştirak edib Türkmənistanın Daimi Nümayəndəliyi tərəfindən Cenevrədə avqustun 12-də bu ölkədə keçiriləcək birinci Xəzər İqtisadi Forumu üzrə brifinq təşkil edilib.
Xarici siyasət
10 Aprel , 2019 17:17
Azərbaycan birinci Xəzər İqtisadi Forumu üzrə brifinqdə iştirak edib

Türkmənistanın Daimi Nümayəndəliyi tərəfindən Cenevrədə avqustun 12-də bu ölkədə keçiriləcək birinci Xəzər İqtisadi Forumu üzrə brifinq təşkil edilib.

"Report" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat verib.

BMT-nin Cenevrə bürosunun Türkmənistan zalında keçirilən brifinqində İran, Rusiya, Azərbaycan, Qazaxıstanın səfirləri, daimi nümayəndələri, eləcə də bir sıra digər ölkələrin səfirləri və nümayəndələri iştirak ediblər.

Xəzəryanı ölkələrin səfirləri, daimi nümayəndələri çıxışları zamanı belə forumun keçirilməsinin vacibliyini qeyd edərək iştirakçıları ölkələrində nəqliyyat, logistika, energetika, aviasiya, dəniz daşımaları sahələrində həyata keçirilən iqtisadi layihələrlə tanış ediblər. 

Son xəbərlər

Orphus sistemi